RU

BMT köməkçi heyəti Konqoda Qoma şəhərindən təxliyə edib

BMT-nin bütün köməkçi heyəti Konqo Demokratik Respublikasının (DRC) Şimali Kivu əyalətinin inzibati mərkəzi Qoma şəhərini ölkə Ordusunun üsyançılara qarşı apardığı döyüşlər səbəbindən tərk edib.

“Report” xəbər verir ki, bu barədə brifinqdə beynəlxalq təşkilat rəhbərinin rəsmi nümayəndəsi Stefan Dujarrik bildirib.

"BMT-nin köməkçi heyəti müvəqqəti olaraq Qoma şəhərindən və ətraf ərazilərdən köçürülüb", - o deyib.

Dujarrik əlavə edib ki, əsas heyət və sülhməramlılar beynəlxalq təşkilatının bazalarının ərazisinə sığınmağa məcbur olublar.

BMT Baş katibi Antoniu Quttereş mövcud vəziyyəti nəzərə alaraq, Konqo Prezidenti Feliks Çisekedi və Ruanda Prezidenti Paul Kaqame ilə telefonla danışıb. Dujarrik qeyd edib ki, BMT rəhbəri münaqişə zonasında mülki əhalinin qorunmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, BMT-nin Kinşasadakı missiya binası nümayişçilərin hücumuna məruz qalıb. Son üç həftə ərzində "23 Mart Hərəkatı" (M23) qruplaşmasının üsyançıları Konqo Demokratik Respublikasının şərqində Qomaya qarşı yeni hücum həyata keçirirlər. Qomada elektrik enerjisi, içməli su yoxdur, mobil rabitə işləmir. Şəhərdə 2 milyon insan yaşayır.

Избранный
16
7
report.az

10Источники