Nyu-York, Çikaqo, Boston və Denver şəhərlərinin merlərini ABŞ Konqresinə çağırıblar.
Teleqraf.com xəbər verir ki, merlər miqrantların qəbulu ilə bağlı ifadə verməlidirlər.
Nümayəndələr Palatasından verilən məlumata görə, Boston, Çikaqo, Denver və Nyu-York şəhərləri federal miqrasiya nəzarəti xidməti ilə tam əməkdaşlığa hazır deyillər. Onlar miqranlarla bağlı qərarları müstəqil qaydada qəbul edirlər.
Müəllif: Teleqraf.com