RU

Alimlər neyropatiya ilə kimyaterapiya arasında əlaqəni müəyyənləşdiblər

ABŞ alimləri taksanlara və platin birləşmələrinə əsaslanan kimyəvi üsullarla müalicənin - kimyaterapiyanın 40 % hallarda neyropatik ağrıya səbəb olduğunu aşkarlayıblar.

Bu barədə "Far.Az" “Regional Anesthesia & Pain Medicine” jurnalında dərc olunan araşdırmaya istinadən xəbər verir.

Qeyd edilir ki, neyropatiya periferik sinirlərin zədələnməsi fonunda baş verən sinir sisteminin qeyri-iltihablı patologiyasıdır.

On min doqquz yüz xəstənin məlumatlarını araşdıran qlobal araşdırmanın nəticələrinə görə, alimlər FOLFOX kimyaterapiyasından istifadə edərkən neyropatik ağrıların 16 % hallarda daha az baş verdiyini aşkarlayıblar. Bununla belə, bəzi xərçəng xəstəliyi növləri olan pasuiyentlərdə neyropatiya daha tez-tez baş verir. Belə ki, bu, ağciyər xərçəngi olan xəstələrin 60,2 faizində aşkar edilib.

Избранный
11
2
far.az

5Источники