1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Birləşmiş Millətlər Təşkilatı (BMT) ABŞ Prezidenti Donald Trampın xaricdəki bütün yardım proqramlarını 90 gün dayandırmaq qərarına görə humanitar missiyaları azaltmağa başlayıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "The Guardian" məlumat verir.
Bildirilir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) rəhbəri əməkdaşlara xərcləri məhdudlaşdırmaq, bütün beynəlxalq daşımaları dayandırmaq və yeni satınalmaları 90 gün dondurmaq əmri ilə məktub göndərib.
UNHCR dünyanın 136 ölkəsində 122 milyon qaçqına yardımın göstərilməsini idarə edir.
ABŞ BMT-nin əsas sponsorudur - təşkilatın büdcəsinin 22%-i onun payına düşür. Hazırda Vaşinqtonun təşkilat qarşısında borcu 2,8 milyard dollar təşkil edir.
Qeyd edək ki, ABŞ məhkəməsi Trampın qrantları və kreditləri, eləcə də digər maliyyə yardımı proqramlarını dondurmaq barədə qərarını 3 fevral tarixinədək dayandırıb.
Yanvarın 28-də bir neçə qeyri-kommersiya təşkilatları koalisiyası ABŞ prezidenti administrasiyasının tərkibindəki İdarəetmə və Büdcə İdarəsinin rəhbərliyinə qarşı iddia qaldırıb. İddiaçıların fikrincə, federal qrantlar və maliyyələşdirmə bir çox qeyri-kommersiya təşkilatları üçün həyat mənbəyidir. Sənəddə qeyd olunur ki, maliyyələşdirmədə qısamüddətli fasilə insanları və icmaları vacib xidmətlərdən məhrum edə bilər.