RU

70 metrlik asteroid Yerə çarpa bilər

Keçən ilin dekabrında astronomlar tərəfindən kəşf edilmiş "2024 YR4" asteroidi 2032-ci ildə Yerlə toqquşa bilər. Bu barədə Rusiya mediasına Ka-Dar rəsədxanasının və "Astroverty" astrofarmının elmi direktoru, astronom Stanislav Korotkiy bildirib.

"2024 YR4" asteroidi dekabrın 27-də Çilidə ATLAS rəsədxanasında kəşf edilib. Göy cisminin diametri, ilkin məlumatlara görə, təxminən 70 metrdir ki, bu da Çelyabinsk meteoritindən üç-dörd dəfə böyükdür.

Korotkiy qeyd edib ki, asteroid 33 gündür müşahidə altında saxlanılır. Onun sözlərinə görə, göy cisminin 2032-ci il dekabrın 22-də Yerlə toqquşması ehtimalı var.

“Yerlə toqquşma ehtimalı müxtəlif strukturlar tərəfindən 0,5-6% arasında qiymətləndirilir", - elm adamı bildirib.

Tural

Избранный
7
3
news365.az

10Источники