Aİ ölkələrinin səfirləri bu gün Brüsseldə Aİ-nin Ermənistandakı (Azərbaycanla sərhəddə) müşahidəçi missiyasının daha iki il – 2027-ci il fevralın 19-dək uzadılması barədə müzakirələr aparacaq və qərar verəcək.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Azadlıq radiosu"nun avropalı redaktoru Rikard Jozviak yayıb.
“Son dəqiqə sürprizləri olmasa, səfirlər layihəni təsdiqləyəcəklər. Bu, Aİ-nin mülki missiyasına daha iki il, 2027-ci il fevralın 19-dək Ermənistanda qalmağa imkan verəcək”, - Jozviak bildirib.
Müşahidəçilərin tərkibi və sayı dəyişməz qalacaq: 165 beynəlxalq və 44 erməni müşahidəçi.
Xatırladaq ki, sərhədimizdə fəaliyyət göstərən Aİ missiyası daimi olaraq Azərbaycana qarşı təxribat xarakterli addımlar atırlar, binokllarla əsgərlərimizi, müşahidə məntəqlərimizi izləyərək Qərbdəki emissarlarına informasiyalar ötürürlər. Ordumuz isə onların bu addımlarını lentə alır və bütün hərəkətlərini izləyir.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта