Sea Breeze

Redaksiya.az xəbər verir ki, TikTok-un qadağa təhlükəsindən cəmi bir həftə sonra DeepSeek süni zəkası (AI) daha böyük bir narahatlıq kimi ortaya çıxıb və istifadəçi məlumatlarını açıq şəkildə Çin serverlərində saxladığını etiraf edib. TikTok-un gizli alqoritmik moderasiyasından fərqli olaraq, DeepSeek açıq-aşkar Çin yönümlü senzura tətbiq edir və istifadəçi məlumatlarını, o cümlədən şəxsi girişləri, cihaz məlumatlarını, düymə basma nümunələrini və şəbəkə aktivliyini toplayır.

Toplanan bütün məlumatlar Çinə göndərilir, bu da Çinin sərt milli təhlükəsizlik qanunları çərçivəsində istifadəsi ilə bağlı ciddi narahatlıqlar yaradır. ABŞ-ın AI hardware məhdudiyyətlərinə baxmayaraq, DeepSeek daha az resursla ChatGPT ilə rəqabət aparmağı bacarıb və bu, ABŞ-ın süni intellektdəki üstünlüyünü sarsıdıb. Çin investisiyası ilə dəstəklənən bu uğur artıq ABŞ texnologiya şirkətlərinin səhmlərinə təsir edib.

“DeepSeek tətbiqlər sırasında yüksəldikcə, süni intellekt təhlükəsizliyi, məlumat məxfiliyi və Çinin strateji texnoloji irəliləyişi ilə bağlı narahatlıqlar artır. İstifadəçilər şəxsi və xüsusilə də peşəkar məlumatlarını paylaşarkən ehtiyatlı olmalıdırlar.” – deyə Forbes jurnalı yazarı Zak Dofman bu haqda qeyd edib

Sevinc Kərimova

ETX
ETX
ETX