RU

24 saylı Nizami birinci seçki dairəsinin 23 saylı məntəqəsində seçici fəallığı yüksəkdir

Bakı, 29 yanvar, AZƏRTAC

Ölkəmizdə keçirilən bələdiyyə seçkilərində vətəndaşlar səsvermə hüququndan istifadə edərək layiq bildikləri namizədlərə səs verirlər. 24 saylı Nizami seçki dairəsinin 23 saylı məntəqəsində artıq səhər saatlarından seçici fəallığı hiss olunur.

Bu barədə AZƏRTAC-a açıqlamasında məntəqənin sədri Sevinc Həmzəyeva deyib.

O, seçki məntəqəsində səsvermənin qanunvericiliyə uyğun təşkil olunduğunu, vətəndaşların öz iradələrini sərbəst şəkildə ifadə etdiklərini qeyd edib. S.Həmzəyeva məntəqələrdə seçkilərin şəffaf və demokratik keçirilməsi, komissiya üzvlərinin normal fəaliyyəti üçün zəruri şəraitin yaradıldığını, məntəqənin zəruri avadanlıqlarla təchiz edildiyini, həmçinin sağlamlıq imkanları məhdud seçicilər üçün pandusların quraşdırıldığını diqqətə çatdırıb.

“Məntəqədə 1356 seçici və 29 namizəd qeydiyyata alınıb, məntəqə üzrə isə 19 namizəd seçilə bilər. Səsvermənin gedişini çoxsaylı yerli, o cümlədən müxtəlif siyasi bloklardan olan müşahidəçilər izləyirlər”, - deyə Sevinc Həmzəyeva vurğulayıb.

Избранный
5
35
azertag.az

10Источники