Astara rayonunun Ərçivan qəsəbəsində yaşayan Diyarova Məryəm Dadaş qızı səhhətində yaranan problemlərə görə bələdiyyə seçkilərində 79 saylı Astara seçki dairəsinin 31 saylı məntəqəsinə gedə bilməyib. Buna görə də seçki məntəqəsinə müraciət edərək səyyar seçki qutusunun evinə gətirilməsini istəyib.
Bizim.Media xəbər verir ki, müraciətə əsasən seçki qutusu Məryəm xanımın evinə gətirilib və o, səsini verib.
101 yaşlı nənə bununla bağlı fikirlərini Azərtac-la bölüşüb:
“İndiyə kimi bütün seçkilərdə iştirak etmişəm. Allah ömür versə bundan sonra da iştirak edəcəyəm. Bu dəfə səhhətimdə yaranan problemə görə məntəqəyə gedə bilmədim.
Xahiş etdim ki, daşınan seçki qutusunu evimə gətirsinlər. Layiqli namizədə səsimi verdim və ümid edirəm ki, bu seçim ölkəmizin gələcəyi üçün müsbət dəyişikliklərə səbəb olacaq. Seçkilərin nəticələrinin hamımız üçün xeyirli olacağına inanıram”.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта