RU

"Mançester Yunayted" Reşfordu iki kluba göndərməyə hazırdır

"Mançester Yunayted"in hücumçusu Markus Reşfordun gələcəyi qeyri-müəyyən olaraq qalır.

90deqiqe.Az xəbər verir ki, “qırmızı şeytanlar”ın rəhbərliyi forvardla bağlı iki variantı nəzərdən keçirməyə hazırdırlar – mövsümün sonuna qədər icarə əsasında “Yuventus”a və ya birdəfəlik almaq şərti ilə “Barselona” klublarıdır.

27 yaşlı futbolçuya Premyer Liqada o qədər də tələbat yoxdur.

Reşford bu mövsüm Premyer Liqada 15 oyuna çıxıb. Hücumçu dörd qol vurub və bir məhsuldar ötürmə edib. Forvardın mankunianlarla müqaviləsi 2028-ci ilin ortalarına qədərdir və onun bazar qiyməti 55 milyon avrodur.

Избранный
8
32
90deqiqe.az

10Источники