Bakı, 29 yanvar, AZƏRTAC
"Azərbaycan xalqının bələdiyyə seçkilərinə marağı böyükdür".
Bu sözləri AZƏRTAC-a açıqlamasında 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 12 saylı seçki məntəqəsində müşahidəçi qismində iştirak edən Mehriban İbrahimova deyib.
O, məntəqədə seçicilər üçün lazımi şəraitin yaradıldığını bildirib: "Vətəndaşlar bələdiyyə seçkilərində iştirak etmək üçün məntəqəyə gələrək öz konstitusiya hüquqlarından istifadə edirlər. Seçki prosesi şəffaf və nizam-intizamlı keçir. Səsvermə prosesində indiyə qədər hər heç bir qanun pozuntusu qeydə alınmayıb. Sevindirici hal odur ki, gənclərin səsverməyə böyük marağı var".