RU

Səsvermədə ilk dəfə iştirak edən seçici: Bələdiyyə seçkilərində gənc namizədlərin çoxluğu müsbət haldır

Bakı, 29 yanvar, AZƏRTAC

Səsvermədə ilk dəfə iştirak etdiyim üçün bir az həyacanlıyam, lakin ölkəmizin ictimai-siyasi həyatında iştirak etməyə başladığım üçün sevinirəm. Seçki məntəqəsinə sərbəst daxil olaraq qeydiyyatdan keçdim və bülleteni alıb seçdiyim namizədə səs verdim.

Bu sözləri AZƏRTAC-a açıqlamasında ilk dəfə səsvermədə iştirak edən 18 yaşlı seçici Nigar Quliyeva deyib. O bildirib ki, Azərbaycan yüksələn xətlə inkişaf edən bir ölkədir və onun ictimai həyatında gənclərin iştirakı vacibdir.

“Ölkəmizdə gənclərin inkişafı üçün geniş imkanlar var. Yardılan şəraitdən istifadə edən gənclərin bələdiyyə seçkilərdə də namizəd kimi iştirakı müşahidə olunur. Bələdiyyə seçkiləri ictimai-siyasi həyatda fəal iştirak üçün ilk addımdır. Bu baxımdan bələdiyyə seçkiləri zamanı səsvermədə iştirak etmək vacibdir”, - deyə gənc seçici vurğulayıb.

Nigar Quliyeva gəncləri səsvermə prosesində fəal iştirak etməyə səsləyib.

Избранный
15
5
azertag.az

10Источники