RU

Tramvay xətləri Bakını tıxacdan XİLAS EDƏCƏKMİ? – AÇIQLAMA + FOTO

“Təəssüf ki, “kimsənin məsləhətinə və təklifinə ehtiyacım yoxdur. Mən öz işimi hamıdan yaxşı bilirəm” kimi fikirlər insan beyninin ən dərin qatında yer alıb daşlaşmış bir düşüncədir. Buna görə də təcrübə onu göstərir ki, kənardan verilən təkliflər ayrı-ayrı qurumlar tərəfindən çox nadir hallarda müsbət qiymətləndirilir. Lakin dünənki müşavirədə Prezident İlham Əliyev ictimaiyyət nümayəndələrinin təkliflər verə bilmələrinə dair çağırışından sonra öz təklif və tövsiyələrimi dilə gətirməyi özümə borc bilirəm”.

Medianews.az xəbər verir ki, bu barədə iqtisadçı Eldəniz Əmirov bildirib.

O qeyd edib ki, dövlət başçısının müşavirə keçirərək paytaxtın tıxac problemlərinə ən yüksək səviyyədə münasibət bildirilməsi təqdirəlayiq hadisədir.

Tramvay xətləri Bakını tıxacdan <span style=color:red>XİLAS EDƏCƏKMİ? - AÇIQLAMA + FOTO

İqtisadçının qənaətincə, bu problemlərin həllinə yönəlik dövlət proqramının qəbul edilməsinə və doğru icrasına sinəsi partlayan Bakının böyük ehtiyacı var: “Konkret təkliflərimə gəldikdə isə bu dövlət proqramı hal-hazırda tam detalları ilə ictimaiyyətə açıqlanmadığı üçün təklifləri də ümumi kontekstdə ifadə etmək istərdim. Əvvəla, yol tikinti layihələri böyük vəsaitlər tələb etdiyindən, əvvəlki illərdə yol və körpü tikintisi zamanı yaşanan xoşagəlməz halların təkrarlanmaması üçün ciddi nəzarət mexanizmləri qurulmalıdır. İsrafçılığın qarşısı ən yüksək səviyyədə alınmalıdır. Məsələn, saysız-hesabsız yerüstü piyada keçidlərinin bahalı materiallarla örtülməsi və süni şəkildə dəyərinin şişirdilməsi yolverilməzdir. Küçədə yerüstü piyada keçidlərinin üstünün bahalı materiallarla bağlanması, yeraltı keçidlərin mərmər döşənməsi kimi adətlərə son qoyulmalıdır. Tikinti işləri üzrə xərclər maksimum şəffaf olmalı və dövlət vəsaitlərinin səmərəli istifadəsi təmin edilməlidir. Bütün tenderlər tam şəffaf keçirilməli və proses ictimaiyyət tərəfindən izlənə bilməlidir”.

Tramvay xətləri Bakını tıxacdan <span style=color:red>XİLAS EDƏCƏKMİ? - AÇIQLAMA + FOTO

E.Əmirov deyib ki, ölkədə rəqabət mühiti təmin olunmalıdır: “Real rəqabət olmalıdır ki, keyfiyyət və səmərəlilik artsın, yerli sahibkarlığın inkişafına bu ciddi töhfə versin, nəinki qeyri-sağlam rəqabət şəraitində dövlət vəsaitləri mənimsənilsin. Hesablama Palatasının hesabatlarında dəfələrlə büdcə vəsaitlərinin qeyri-səmərəli istifadəsinə dair ciddi faktlar qeyd olunub. Eyni zamanda ölkə başçısı də müşavirədə Bakıda nəqliyyatın hərəkətinə dair çox ciddi çatışmazlığı olan uğursuz layihələri vurğuladı və qınadı. Ona görə də bu layihələrə Hesablama Palatası ən yüksək səviyyədə nəzarət etməlidir. Texniki-iqtisadi qiymətləndirmə ən ciddi təhlillərlə tamamlanmalıdır. İtifadə olunan vəsaitlərin hesabatlılığı təmin olunmalı, xərclər üzrə tam şəffaflıq olmalıdır. Tramvay xətləri tıxac probleminin həlli deyil. Dünya tramvaya ekoloji həll kimi baxır. Odur ki, bu, daha çox ekoloji nəqliyyat layihəsidir və sıx hərəkət olan yerlərdə effektiv həll ola bilməz. Tramvayın hərəkət etdiyi ikinci zolaq, elektrik təchizatı problemləri və nasazlıq halları tıxacları daha da artıracaq. Paytaxt o zamankı küçələri boş Bakı deyil ki, tramvay haqda düşünülsün. Bu, kütləvi əlavə maliyyə yükü yaratmaqdan başqa bir şey deyil. Bunu bir dəfəlik anlamaq lazımdır. Vaxtilə Bakı-Sumqayıt qatarına nə qədər pul sərf edildi ki, Bakı-Sumqayit yolu nisbətən düzələcəkdir. Düzəldimi? Əlbəttə yox. Real sərnişin axınları doğru təhlil edilərdisə, bunu da öncədən demək olardı. Odur ki, metro istisna olmaqla, “dəmir trayektoriyalar” əlavə maliyyə yükü yaradacaq və Bakıda tıxacların xilaskarı ola bilməyəcək. Tramvay isə nəinki fayda verməyəcək, əksinə yolları daraldacaq və problemləri artıracaqdır”.

Tramvay xətləri Bakını tıxacdan <span style=color:red>XİLAS EDƏCƏKMİ? - AÇIQLAMA + FOTO

İqtisadçı vurğulayıb ki, daha geniş təkliflərin verilməsi üçün dövlət proqramı bütün detalları ilə, o cümlədən, hazırlanacaq layihələr şəffaf şəkildə ictimaiyyətə təqdim edilməli, geniş müzakirəyə açıq olmalıdır: “Ən əsası, müzakirə üçün real vaxt verilməlidir. Qısamüddətli (5-10 günlük) müzakirələr əvəzinə, bir neçə ay müddətində ictimai rəy toplamaq lazımdır. Müzakirələrə ekspertlər, biznes nümayəndələri, vətəndaş cəmiyyəti və vətəndaşlar cəlb olunmalıdır. Onlayn platformalar, açıq forumlar və ictimai dinləmələr təşkil edilməlidir. Ümumiyyətlə, bu mövzu o qədər genişdir ki, bir kitab təklif yazmaq mümkündür. Media nümayəndələrinin və ictimaiyyətin bu məsələdə aktiv olması ümumi işin xeyrinədir. Ölkə başçısı əbəs yerə bunu xüsusi vurğulamayıb”.

Nailə QASIMOVA

Избранный
5
50
medianews.az

10Источники