RU

Naxçıvan sakini həmkəndlisini öldürdü -Cinayət işi başlandı

Naxçıvanda qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb.

Oxu24.com  xəbər verir ki, yanvarın 28-də Babək rayon sakini 1976-cı il təvəllüdlü Fərzalı Behbudovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1965-ci il təvəllüdlü Rəhman Bayramovun aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Fərzalı Behbudova bıçaqla xəsarətlər yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Babək rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Rəhman Bayramov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Избранный
11
18
oxu24.com

10Источники