Seçicilər səhər saatlarından etibarən yüksək fəallıq nümayiş etdirirlər. Müşahidələrimiz göstərir ki, artıq yüzlərlə vətəndaş seçki məntəqəsinə gələrək öz hüququndan istifadə edir. Saatlar ərzində 400-dən çox insan bu məntəqədə səsvermədə iştirak edərək seçimini edib. Seçicilərin fəallığı seçkilərə olan böyük marağın və vətəndaş məsuliyyətinin göstəricisidir. Məntəqədə səsvermə prosesi ardıcıllıqla və maneəsiz şəkildə davam edir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında 27 saylı Sabunçu ikinci seçki dairəsinin 3 saylı seçki məntəqəsində müşahidəçi qismində iştirak edən Vüsalə Kərimova söyləyib.
Seçki prosesinin gedişatını yüksək qiymətləndirən müşahidəçi əlavə edib: “Məntəqədə səsvermə demokratik prinsiplərə uyğun şəkildə təşkil olunub, seçicilərin sərbəst şəkildə iradələrini ifadə etmələri üçün bütün zəruri şərait yaradılıb. Seçki məntəqəsində yüksək təşkilatçılıq səviyyəsi müşahidə olunur, seçki komissiyası üzvləri peşəkar və obyektiv fəaliyyət göstərirlər”.