RU

Mikayıl Cabbarov türkiyəli həmkarı ilə ticarət dövriyyəsinin artırılmasını müzakirə edib

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Ankaraya səfəri çərçivəsində Türkiyənin ticarət naziri Ömər Bolatla görüşüb.

Herbiand.az xəbər verir ki, bu barədə nazir sosial şəbəkə hesabında paylaşım edib.

“Ankaraya səfərimiz çərçivəsində Türkiyənin ticarət naziri, həmkarım Ömər Bolatla görüşməkdən məmnun olduq. Azərbaycan – Türkiyə iqtisadi tərəfdaşlığının gücləndirilməsi, ticarət dövriyyəsinin artırılması, biznes vahidləri arasında əlaqələrin fəal dəstəklənməsi və investisiyaların təşviqi üzrə ortaq hədəflərə çatmaq üçün mövcud imkanları müzakirə etdik. Səmimi qonaqpərvərliyə görə təşəkkür edirik,” nazir Mikayıl Cabbarov qeyd edib.

Избранный
6
9
herbiand.az

10Источники