Türkiyə Super Liqası təmsilçilərindən “Eyüpspor” heyətini gücləndirməuə davam edir.
Apasport.az xəbər verir ki, klub Ukraynanın “Şaxtyor” komandasının kapitanı Taras Stepanenkonu heyətinə qatmağa hazırlaşır.
Tərəflər arasında razılaşmaya əsasən, Türkiyə təmsilçisi bu transfer üçün qarşı tərəfə heç bir ödəniş etməyəcək.
35 yaşlı oyunçu ilə 1,5 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Ukrayna millisinin üzvü bu mövsüm “Şaxtyor”un heyətində 14 rəsmi matça çıxıb.
Aleks De Souza: "Maaşımızı ala bilmirdik"
PSJ-nin 59 azarkeşi həbs edilib
Sabiq "Arsenal"lı İtaliya klubunda
Bonifeys Ronaldo ilə komanda yoldaşı olacaq
Ziyeş Qətər klubuna doğru