Avropa İttifaqının səfirləri Ermənistandakı müşahidə missiyasının iki il müddətinə uzadılmasını təsdiqləyiblər.
AZXEBER.COM xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Bu qərara əsasən, avropalı müşahidəçilər daha iki il - 2027-ci il fevralın 19-dək Ermənistanın sərhədyanı rayonlarında qalacaqlar.
Müqavilə layihəsində müşahidəçilərin tərkibinin və sayının dəyişməz qalacağı (165 xarici və 44 erməni üzv) nəzərdə tutulur.
Ermənistandakı missiyanın məlumatına görə, bu qərar yaxın vaxtlarda Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri tərəfindən təsdiqlənməlidir.
Qeyd edək ki, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Aİ-nin Ermənistanda mülki missiyasının mandatının daha iki il müddətinə uzadılmasını təklif etmişdi.