RU

 Ankara Bəyannaməsi regionda nəqliyyat layihələrinin inkişafına töhfə verəcək

Azərbaycan, Türkiyə və Özbəkistan nazirləri səviyyəsində keçirilən iclasın yekununda imzalanacaq Ankara Bəyannaməsi regionda nəqliyyat layihələrinin inkişafına töhfə verəcək.

Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Ömər Bolat Azərbaycan, Türkiyə və Özbəkistanın xarici işlər, iqtisadiyyat (ticarət) və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündə bildirib.

O vurğulayıb ki, son illər Azərbaycan, Türkiyə və Özbəkistan arasında iqtisadi, ticarət və investisiya əlaqələri əhəmiyyətli dərəcədə artıb.

"Ölkələrimizin malik olduğu böyük iqtisadi potensialdan istifadə edilməlidir. Ölkələrimiz arasındakı sarsılmaz qardaşlıq bağlarının ticari-iqtisadi əməkdaşlıqda da əks olunması vacibdir ki, bu da xalqların iqtisadi rifahına töhfə verəcək", - o bildirib.

Ö.Bolat qeyd edib ki, qlobal dünya ticarəti və nəqliyyat marşrutlarının dinamikası son illərdə sürətlə dəyişir və bu, regionumuzun strateji əhəmiyyətini dünyaya bir daha nümayiş etdirib.

"Regional nəqliyyat marşrutları, o cümlədən Orta Dəhliz və Zəngəzur dəhlizi üç ölkənin iqtisadi inkişafına və Asiyanın Avropa ilə inteqrasiyasına töhfə verəcək. Bugünkü görüşün sonunda imzalamağı planlaşdırdığımız Ankara Bəyannaməsi bu layihələrin inkişafına, həmçinin Azərbaycan, Özbəkistan və Türkiyə arasında ticari-iqtisadi əlaqələrin dərinləşməsinə töhfə verəcək. Ankara öz növbəsində razılaşmalar çərçivəsində götürdüyü bütün öhdəliklərin yerinə yetirilməsinə sadiq qalacaq", - o bildirib.

Türkiyəli nazir həmçinin xatırladıb ki, bu üçtərəfli platforma çərçivəsində bu gün Ankarada üç ölkənin iş adamlarının iştirakı ilə ticarət-investisiya biznes forumu başlayıb. Forumun məqsədi ticarət əməkdaşlığının inkişaf etdirilməsidir.

Избранный
7
15
avtosfer.az

10Источники