RU

Xronika: "Sinayda tapılan alban dilində 315 səhifəlik "Palimpsest" erməni yalanlarını ifşa etdi"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "Ermənilər udilərdən qorxub, alban kilsəsini tanımaq istəmirlər" adlı veriliş efirə gedib.
Oxu.Az xəbər verir ki, verilişdə Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili ermənilərin alban kilsələrini talan edərək saxtalaşdırmasından söz açıb.
O bildirib ki, 1836-cı ildən sonra ermənilər alban kilsələrini talamağa başlayıblar: "Onlar alban kilsələrində olan tarixi, dini kitabları məhv etmək üçün rus çarından icazə alıblar. Albanlara aid mühüm tarixi sənədləri Eçmiədzin və Matenadaranda gizlədiblər".
Onun sözlərinə görə, Sinayda tapılan alban dilində 315 səhifəlik "Palimpsest" kitabı erməni yalanlarını ifşa edib: "Ermənilər udilərdən qorxub alban kilsəsini tanımaq istəmirlər. Ermənilər saxtalaşdırmaq üçün qaydadan kənar çıxaraq kilsələrin hər divarına xaç vurublar. Alban xaçı əsas fərqləndirən elementdir, erməni xaçından fərqlidir. Alban kilsələri bəzəksiz, qurbangahı alçaq olurdu".
Dini icma sədri diqqətə çatdırıb ki, Ermənistanda yaradılan qondarma udi icmasında udilər yox, ermənilər yığışıb: "Udilər vaxtı ilə ermənilərdən kömək istəyib, amma onlar üz çevirdilər. Ermənilər udi adlarını, tarixini saxtalaşdırmaq, məhv etməyə çalışblar".
Marşal Baqramyanın erməni dilini bilmədiyi üçün Silikovu öldürdüyünü deyən R.Mobili sonda vurğulayıb ki, erməniləri alban kilsəsinin bərpası qorxuya salıb: "Erməni kilsəsinin Qafqaza aidiyyəti yoxdur. Qəbələnin Nic kəndindəki alban kilsəsinə ən çox azərbaycanlılar gəlir".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində:
Избранный
5
16
oxu.az

10Источники