Tehran gələcəkdə süni intellektin (AI) orduda istifadəsini genişləndirəcək.
Axar.az xəbər verir ki, bu sözləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Hüseyn Salami Tehranda ilk dəfə keçirilən Süni İntellekt və Gələcək Sivilizasiya üzrə Beynəlxalq Konfrans deyib.
General süni intellektdən istifadə üçün “hərtərəfli xəritə” təqdim edib:
“Bəzən dənizdə gəmilərlə döyüşməli oluruq. Ola bilsin ki, gələcəkdə bu potensialdan daha çox istifadə edək”.
Salaminin sözlərinə görə, süni intellekt onlara dənizdə lazımi hədəfləri axtarmağa kömək edəcək:
“Qabaqcıl süni intellekt texnologiyası bizə şəkilləri uyğunlaşdırmaqla düzgün gəmini tapmağa imkan verir”.