RU

"Qarabağ" Avropa Liqasının əsas mərhələsindədisə, deməli zəif komanda deyil" - Kostinya

"Olimpiakos" sabah Avropa Liqasının əsas mərhələsinin 8-ci turu çərçivəsində "Qarabağ"ı qəbul edəcək.

"Football-plus.az" xəbər verir ki, Yunanıstan təmsilçisinin futbolçusu Kostinya oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- "Olimpiakos" ardıcıl üçüncü gərgin oyununu keçirəcək. Ehtiyac duyulan qələbəni əldə edə biləcəyinizə inanırsan?
- Təbii ki! Oyunlar nə qədər çətin olsa da, yolumuza inamla davam etmək üçün gücümüz var. Motivasiyamız yerindədi və bu məqam işimizi asanlaşdırır. "Qarabağ"la doğma azarkeşlərimizin önündə oynayacağıq. Qərarlıyıq və qələbə qazanmaq istəyirik.

- Nəticələrə əsasən müqayisə etsək, "Qarabağ" bu mərhələdə qarşılaşacağınız ən zəif rəqibdi. Səncə, hansı məqamlarda daha diqqətli olmalısız?
- Hər oyunun fərqli çətinliyi olur. Avrokuboklarda asan rəqib yoxdu. Yaxşı oynamasan, qalib gələ bilməzsən. Qələbə qazana bilmək üçün əlimizdən gələnin ən yaxşısını etməliyik. "Qarabağ" Avropa Liqasının əsas mərhələsindədisə, deməli zəif komanda deyil.

KƏNAN BAHADIR

Избранный
12
7
football-plus.az

10Источники