Cari ilin başlanğıcında həyata keçirilən yeni sosial islahat paketi çərçivəsində pensiyalarda artımlar nəzərdə tutulub və artıq gələn aydan etibarən bütün pensiyalar artırılmış məbləğdə ödəniləcək.
”Bakuinfo”nun məlumatına görə, artımlar iki əsas istiqamət üzrə həyata keçiriləcək.
Birincisi, pensiyalar ilin əvvəlindən başlayaraq indeksləşdiriləcək və artırılacaq, ikincisi isə fevralın 1-dən etibarən 320 manatdan aşağı olan pensiyalar 320 manat səviyyəsinə çatdırılacaq.
Beləliklə, fevralın 1-dən etibarən bütün pensiyalar artırılmış məbləğdə veriləcək, bu isə pensiyaçıların həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edəcək.