Yanvarın 29-da saat 19:00-da Azərbaycandakı bütün seçki məntəqələrində bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə başa çatıb.
Senzor.az bildirir ki, hazırda seçki məntəqələri bağlanıb və səslərin sayılmasına başlanılıb.
Seçkilər 118 seçki dairəsi üzrə 5 846 məntəqədə keçirilib. Səsvermənin şəffaflığını təmin etmək üçün 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Qeyd edək ki, 685 bələdiyyə üzrə seçkilərdə namizədlər 8 071 yer uğrunda mübarizə aparıblar.
Ümumilikdə bələdiyyə seçkilərində səsvermə hüququ olan seçicilərin sayı 5 milyon 961 min 987 nəfərdir.