RU

Putin də Bakıda ittiham olunan Vardanyanın müdafiəsinə qalxdı.... (?)

Image

"Həm də bu hadisənin məlum təyyarə cinayətindən sonra Azərbaycan - Rusiya münasibətlərində yaranmış soyuqluq fonunda baş verməsi daha həssas məqama çevrilir. Vardanyanın və ağır cinayətlərdə ittiham olunan digər erməni əsilli şəxslərin Bakıya gətirildiyi 2023- cü ilin sentyabrından sonra Rusiya rəsmilərinin bu məsələyə ilyarım susaraq indi danışmaları səbəbsiz görünmür."

Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.  A.Quliyev daha sonra yazır: "Prezident Putinin yanında İnsan hüquqlarının müdafiə Şurasının üzvü Yeva Merkaçevanın məlum bəyanatı hər halda cənab Putindən xəbərsiz verilməyib. Merkaçeva deyib ki, Paşinyan Vardanyanın müdafiəsində daha fəal olmalıdır, Ermənistanda humanitar fəaliyyətlərdə Vardanyanın xüsusi töhfəsi olub, onu müharibədə iştirak etmiş digərləri ilə müqayisə etmək olmaz və o Arsaxa münaqişənin kəskin mərhələsi bitəndən sonra gəlib.

Bərəksllah, Yeva " xanım"!
Münaqişənin "kəskin fazasının" bitməsi nəyə deyirsiniz? Vardanyan sizin üçün belə əziz idisə, niyə 44 günlük müharibədən sonra onun pis niyyətlərlə  Azərbaycanın süveren ərazilərinə ayaq basmasına etiraz etmədiniz? Vardanyanın digərlərindən fərqi nədədir? Cinayəti törədənlələ törədənin yanında "züy tutanların" nə fərqi var?
 Deyildiyi kimi, Yeva Merkaçeva Rusiya prezidentinin yanında çox mötəbər bir qurumun təmsilçisidir. Belədə Yevanın dediyi hər bir söz həm də Putinin mövqeyi kimi qəbul olunur.
Əcaba, Putin də Vardanyanı Azərbaycanın ədalət mühakiməsindən xilas etmək istəyir?...
Sual açıqdır...."

Mətləb








Избранный
5
49
baki-xeber.com

10Источники