RU

Türkiyədə antiterror əməliyyatı keçirilib - 12 sığınacaq məhv edilib

Image

Türkiyədə “Gürz-43” antiterror əməliyyatı nəticəsində terrorçuların 12 mağara, sığınacaq yeri və mövqeyi dağıdılıb. Bu barədə məlumatı Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkədəki səhifəsində paylaşıb. Nazir bildirib ki, əməliyyat Jandarma Baş Komandanlığının Terror əleyhinə Mübarizə İdarəsi və Kəşfiyyat İdarəsinin koordinasiyası ilə həyata keçirilib. Antiterror tədbirində PUA və ATAK helikopterinin dəstəyindən istifadə edilib.

"Gürz-43" əməliyyatı Patnos, Sason, Genc, Hizan, Mutki, Lice, Şenyayla, Palu, Kemah, Şemdinli, Çukurca, Hakkari, Yayladere, Payas, İğdır , Nusaybin, Ömerli, Dargecit, Muş , Pervari, Şırnak , Beytüşşebap, Silopi, Uludere, Nazımiye, Pülümür və Bahçesaray rayon və qəsəbələrində keçirilib. Əməliyyat zamanı çoxlu sayda silah-sursat ələ keçirilib.

Mətləb Salahov






Избранный
5
3
baki-xeber.com

4Источники