RU

Talassemiyadan ölüm sayı 5 dəfə azalıb 

Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda səhiyyəyə ayrılan vəsait 30 dəfə artırılıb. Eyni zamanda, 700-dən çox tibb müəssisəsində əsaslı təmir və yenidənqurma işləri aparılıb. Həmin tibbi müəssisələrinin 70 faizdən çoxu bölgələrdə yerləşir.

Hafta.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev yanvarın 30-da keçirilən “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusunda ictimai dinləmədə çıxışı zamanı deyib.

Azərbaycanda bir sıra xəstəliklər üzrə dövlət proqramlarının qəbul edildiyini diqqətə çatdıran nazir bildirib ki, ötən dövr ərzində ciddi və əsaslı dönüşlər əldə edilib. Son 20 ildə qan xəstəlikləri ilə mübarizə tədbirləri gücləndirilib və nəticədə talassemiyadan ölüm sayı 5 dəfə azalıb.

Избранный
2
5
hafta.az

10Источники