RU

“Karvan” “Mingəçevir”dən 4 qol buraxıb... – amma Kərimov çempion olmaq istəyir

Mövsümün ikinci yarısına hazırlığı davam etdirən “Karvan” qış təlim-məşq toplanışı çərçivəsində keçirdiyi yoxlama oyununda “Mingəçevir”ə böyük hesabla uduzub – 0:4.

Həmçinin Xəzər Mahmudovla yolları ayıran Yevlax təmsilçisi Nika Çaçaşviliylə güclənib. Bəs, transfer çalışmaları başa çatıbmı? Komanda “futbol ili”nin qalan hissəsi üçün hazırdımı?
“Football-plus.az” bu suallarla “Karvan”ın baş məşqçisi Kənan Kərimova müraciət etdi. Onun cavabı:

“Mingəçevir”li oyunda nəticə vacib deyildi. Əsas məqsədimiz yeni futbolçulara şans vermək, komandaya faydalı olub-olmayacaqları haqda qərara gəlmək idi. Oyunçuların fiziki formasını bərpa etməyə çalışdıq. Yeni transferimiz Çaçaşvili gənc və perspektivlidi. Onun “Karvan”da uğurlu olacağına inanırıq. Hücum möqeyi ilə bağlı problem isə hələ aradan qaldırılmayıb. Yerli futbolçularla anlaşmaq çətindi. Klublarıyla davam edən müqavilələri var. Ümidimiz baxışda olan legionerlərədi. Onlar sabahdan komandaya qoşulacaqlar”.

Mütəxəssis mövsümün ikinci yarısında “Qəbələ”ni taxtdan endirmək üçün çalışacaqlarını da dedi:

“Məqsədimiz çempion olmaqdı. Qarşıda hələ 17 tur var. Sona qədər mübarizə aparacağıq ki, mövsümün qalibi olaq”.

Xatırladaq ki, 1-ci liqada qış fasiləsi bu gün başa çatacaq. “Karvan” bu çərçivədə “Difai”ni qəbul edəcək. İkinci sırada olan yevlaxlılar lider “qırmızı-qaralar”dan 4 xal geridədi.

KƏNAN BAHADIR
Избранный
6
football-plus.az

1Источники