Bakı, TurkicWorld
Tayvanda bu səhər 5,6 bal gücündə zəlzələ baş verib.
TurkicWorld xəbər verir ki, Çiayi əyalətinin cənub-qərbində, Dapu rayonunda yerləşən zəlzələnin episentri Çiayi şəhər mərkəzindən 40,5 kilometr cənub-şərqdə qeydə alınıb.
Mərkəzi Meteorologiya Bürosunun (CWA) məlumatına görə, zəlzələ 10 kilometrlik dərinlikdə olub.
Bu zəlzələ, yanvarın 21-də baş verən 6,4 bal gücündəki böyük zəlzələdən sonra baş verən təkanlardan biridir. Zəlzələnin ardından, maqnitudası 3,2 ilə 4,3 arasında olan beş sarsıntı hadiksəsi qeydə alınıb.
Qeyd edək ki, Yanvarın 21-dəki güclü zəlzələ nəticəsində 27 nəfər xəsarət alıb və ərazidə maddi ziyan yaranıb. Hələlik, bu yeni zəlzələnin təsiri barədə ətraflı məlumat verilməyib.