RU

Dünya miqyasında Zəngəzur dəhlizinə böyük maraq var- ÖZƏL

"Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası regionda yeni reallıqlar yaradıb. Tarixi Zəfərin əldə olunması ilə regionun ümumi rifahı üçün yeni əməkdaşlıq imkanları açılıb. Bu baxımdan təkcə siyasi əlaqələrin deyil, həm də daha geniş kontekstdə iqtisadi, humanitar və mədəni münasibətlərin normallaşdırılması üçün münbit şərait yaranıb. Uzun illər işğal səbəbindən donmuş vəziyyətdə olan nəqliyyat əlaqələri bu baxımdan xüsusi əhəmiyyət daşıyır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Anar Məmmədov deyib: "Hesab etmək olar ki, münaqişənin bitməsi və sülhün bərqərar olması region üzərindən keçən nəqliyyat dəhlizlərinin vacibliyini daha da artırıb. Hadisələrin inkişafı Zəngəzur dəhlizinin də həyati əhəmiyyət daşıdığını göstərir. Zəngəzur dəhlizi regionda yeni nəqliyyat imkanları yaradacaq, Dövlətimizin başçısı İlham Əliyev  müşavirədə  "Zəngəzur dəhlizi layihəsi Azərbaycan tərəfindən irəli sürülmüşdür. İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən sonra bu məsələ beynəlxalq gündəliyə, beynəlxalq leksikona salındı və bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadədir, qəbul edilmiş termindir. Əlbəttə ki, biz bu dəhlizin açılması üçün praktiki addımlar atırıq. Düzdür, Ermənistan tərəfi dörd ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir, faktiki olaraq 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Orada açıq-aydın göstərilirdi ki, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır" söyləyərək onu da əlavə etdi ki,  Ermənistan  buna əməl etmir, müxtəlif bəhanələr gətirərək, müxtəlif qeyri-real və cəfəng layihələri ortaya ataraq, sadəcə olaraq, beynəlxalq ictimaiyyətin fikrini çaşdırmaq istəyir, manipulyasiyalarla məşğuldur. Zəngəzur dəhlizi təkcə Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirməyə xidmət etmir, perspektivdə o, Şərq-Qərb, Şimal-Cənub marşrutlarının da mühüm tərkib hissəsi olacaq. Bu səbəbdən dünya miqyasında Zəngəzur dəhlizinə böyük maraq var. ABŞ, Rusiya, Çin, Avropa ölkələrinin böyük əksəriyyəti, Mərkəzi Asiya dövlətləri və digərləri bu dəhlizin açılmasında maraqlı tərəf kimi çıxış edirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
1
40
olaylar.az

10Источники