RU

Azərbaycan millisi "Böyük Dəbilqə" turnirinə 10 cüdoçu ilə qatılacaq

Azərbaycan millisi Fransanın paytaxtı Parisdə keçiriləcək "Böyük Dəbilqə" turnirində 10 cüdoçu ilə qatılacaq.

Fanat.Az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bunlar Əhməd Yusifov, Hüseyn Allahyarov (hər ikisi 60 kq), Ruslan Paşayev, Rəşad Yelkiyev (hər ikisi 66 kq), Rəşid Məmmədəliyev, Vüsal Qələndərzadə (hər ikisi 73 kq), Ömər Rəcəbli (81 kq), Əjdər Bağırov (100 kq), Uşanqi Kokauri və Kənan Nəsibovdur (hər ikisi +100 kq).

Yarışda iştirak etməli olan Murad Fətiyev (90 kq) zədəli olduğuna görə turnirdən kənardan qalacaq.

İdmançılara performans direktoru, kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Robert Kravçik, Elxan Məmmədov və Slavko Tekiç rəhbərlik edəcəklər.

Qeyd edək ki, "Böyük Dəbilqə" fevralın 1-2-də keçiriləcək.

Избранный
2
10
fanat.az

10Источники