RU

“Bu, Putini güzəştlərə vadar edə bilər” – “Vacib olan müntəzəm dəstəkdir”

“Qərbin Ukraynaya hərbi yardımını davam etdirməsi işğalçı ölkə Rusiyanın qeyri-legitim prezidenti Vladimir Putini güzəştə getməyə vadar edə bilər”.

“AzPolitika” xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) yanvarın 29-da yaydığı hesabatda deyilir.

Hesabatda vurğulanır ki, vacib olan müntəzəm dəstəkdir.

“Yalnız Qərbin Kiyevə davamlı dəstəyi, hərbi yardımı Putini zəbt etdiyi ərazilərdən imtina etməyə və münaqişənin ABŞ, Avropa və Ukrayna üçün məqbul olan variantlarda həllini təmin edə bilər”, - bəyanatda deyilir.

Amerikalı ekspertlərin qeyd etdiyi kimi, yalnız ABŞ Ukraynanı ölkəni Rusiya təcavüzündən qorumaq üçün lazım olan miqyasda, sürətdə və müntəzəmlikdə bəzi kritik əhəmiyyətli silah və hərbi texnika ilə təmin edə bilər.

Təhlilçilər onu da bildirirlər ki, Qərb rəsmiləri son vaxtlar Avropa ölkələrinə ABŞ-nin Ukraynaya hərbi yardımını maliyyələşdirməyə getdikcə daha çox kömək etmələrini təklif ediblər.

“AzPolitika.info”

Избранный
18
46
azpolitika.info

10Источники