ABŞ prezidenti Donald Tramp Tülsi Qabbardın Milli Kəşfiyyat rəhbəri vəzifəsinə Konqres tərəfindən təsdiqlənmə şanslarına əmin deyil. “Ulusum”.az xəbər verir ki, bu barədə "The New York Times" adı açıqlanmayan mənbələrə istinadən yazır."Məqalədə qeyd olunur ki, Tramp öz müttəfiqlərinə onun kabinetdə təsdiqlənməsinin ən böyük narahatlıq doğurduğunu özəl söhbətlərdə bildirib."Qəzetin məlumatına görə, bəzi mühafizəkarlar Qabbardın düşüncə tərzini "qeyri-ənənəvi" hesab edirlər və bu, onun "ənənəvi şəkildə" hərəkət edə bilməyəcəyini göstərir. Bundan əlavə, Qabbardın namizədliyi mühafizəkarları narahat edir, çünki o, vaxtilə ABŞ-ın keçmiş kəşfiyyat əməkdaşı Edvard Snoudeni müdafiə etmişdi.Bundan əvvəl "Axios" nəşri yazmışdı ki, Qabbard elektron nəzarətlə bağlı mövqeyini dəyişib. İndi o, Xarici Kəşfiyyat üzrə Müşahidə Qanununun (FISA) 702-ci maddəsini dəstəkləyir. Qabbard bildirib ki, belə bir proqram "ölkəni qorumaqla yanaşı, amerikalıların vətəndaş azadlıqlarını təmin etmək üçün" qorunub saxlanmalıdır.Məqalədə vurğulanır ki, Qabbardın mövqeyini dəyişməsi onun namizədliyinin müzakirəsi zamanı yaranan problemlərlə üst-üstə düşüb. Siyasətçi daha əvvəl bu təşəbbüsü tənqid edir və onun qanunvericilik səviyyəsində ləğvini təklif edirdi.Səidə
Diqqət Çəkənlər
Konqoda döyüşlər: 13 sülhməramlı həlak olub
HAMAS İsrail əsiri Arbel Yehudu 31 yanvarın sonuna qədər azad edəcək
Türkiyədə Grand Kartal otelində baş verən yanğınla bağlı daha iki məmur həbs edilib