RU

Trampdan ilham almış rus tarixçisi: “Fin körfəzinin adı dəyişməlidir”

Rusiya Fin körfəzinin adını dəyişdirməlidir.

Yenisabah.az TASS_a istinadla xəbər verir ki, bunu Rusiya Hərbi Tarix Cəmiyyətinin elmi direktoru Mixail Myaqkov bildirib.

“Mənə elə gəlir ki, bu körfəzin məntiqi adı Sankt-Peterburq və ya Sankt-Peterburq buxtası olmalıdır”, – tarixçi “Qara kitab: İsveç və Fin rusofobiyasının qısa tarixi”” adlı kitabının tədqiqat mərasimində deyib. 

O bu adın seçilməsini Sankt-Peterburqun körfəz sahillərindəki ən böyük şəhər olması ilə izah edib.

Tarixçi Meksika körfəzinin adını "Amerika körfəzi adlandıran ABŞ prezidenti Donald Trampdan ilhamlanıb.


Telegram kanalımız
Избранный
8
yenisabah.az

1Источники