RU

Bakıda təhsil müəssisələrinin nəqliyyat sıxlığına təsiri qiymətləndiriləcək, Tədbirlər Planı hazırlanacaq

Bakı şəhərində yerləşən təhsil müəssisələrinin fəaliyyətinin şəhərin nəqliyyat sıxlığına təsiri qiymətləndiriləcək.
APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
Dövlət Proqramına əsasən, ETN və RİNN DİN, MN, İN, AZCON və NƏŞ ilə birlikdə 2025-2029-cu illər ərzində Bakı şəhərində yerləşən təhsil müəssisələrinin fəaliyyətinin şəhərin nəqliyyat sıxlığına təsirinin qiymətləndirilməsi və müvafiq təkliflərin hazırlanmasını təmin edilək. Təkliflərin həyata keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq ediləcək.

Избранный
6
22
apa.az

10Источники