Bakı-Quba yolunda "KIA Sportage" idarəetmədən çıxaraq aşıb, beş nəfər xəsarət alıb.Bu sözləri “Report”un Sumqayıt-Abşeron bürosuna Baş DYP İdarəsinin inspektoru polis baş leytenantı Elvin Hacıyev deyib.E.Hacıyev bildirib ki, hadisə saat 20:05 radələrində yolun 140-cı kilometrliyində qeydə alınıb.Nəqliyyat vasitəsində ümumilikdə altı nəfər olub.Xəsarət alanlar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.Faktla bağlı araşdırma aparılır.