RU

Məişət zorakılığının sayı azalacaq?

Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda şikayətə baxılma qaydası müəyyənləşib.

Bununla bağlı “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna dəyişikliyi təsdiqləyib.
 
Qanuna edilən dəyişiklik məişət zorakılığı sahəsində nə kimi dəyişikliklərə səbəb olacaq? 

“Vəfa” Sosial İctimai Birliyinin sədri Fatimə Hacıbəyli Hit.az-a açıqlamasında bildirdi ki, qanuna dəyişiklikdə məişət zorakılığı ilə bağlı şikayətə baxılma müddəti ilə yanaşı, şikayətə baxmalı olan orqanda yer alıb:

 “Bununla yanaşı,  şikayətə baxılan zaman dəvət olunmalı şəxslərin əhatə dairəsi, vəkil, psixoloqdan istifadə ediləcək. Yetkinlik yaşına çatmayan və ya əlilliyi olan şəxslərin dindirilməsi zamanı psixoloq və pedaqoqların iştirakının təmin olunması, eyni zamanda məişət zorakılığı barədə şikayətlərə baxılmanın nəticələrinə dair yekunda qəbul olunan qərarlar da əksini tapıb. Bu dəyişiklik təqdirəlayiqdir. Hesab edirəm ki, bu dəyişiklik məişət zorakılığının sayının azalmasına təsir edəcək”.

Sevinc

Избранный
6
21
hit.az

10Источники