Rusiya və Hindistan miqrasiya sahəsində əməkdaşlıq memorandumu imzalaya bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə Hindistanın Moskvadakı səfiri Vinay Kumar “International Affairs” jurnalı üçün məqaləsində yazıb.
"Hindistan və Rusiya arasında demoqrafik dinamika qarşılıqlı fayda üçün unikal imkan yaradır" - diplomat qeyd edib.
Məqsəd Rusiyanın Hindistandan ixtisaslı mütəxəssislərin cəlb edilməsini asanlaşdırmaq və Rusiyanın kadr problemlərinin həllinə dəstək verməkdir.
Müəllif: Arzu