Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp BRİKS ölkələrinin qlobal ticarətdəABŞ dollarına alternativ valyuta yaratmaq cəhdlərinə qarşı sərtmövqe nümayiş etdirib.
Trend xəbər verirki, Tramp BRİKS-in belə bir addım atacağı təqdirdə bu ölkələrə 100%idxal rüsumları tətbiq ediləcəyini bəyan edib.
Truth Social platformasında paylaşım edən Tramp bildirib ki, ABŞbu ölkələrdən tələb edəcək ki, yeni BRİKS valyutası yaratmasınlarvə ya dolları əvəz etmək üçün başqa valyutaya dəstək verməsinlər.Əks halda, onlar 100% tariflərə məruz qalacaq və ABŞ bazarındaməhsul satmaq imkanlarını itirəcəklər.
Tramp vurğulayıb ki, BRİKS ölkələrinin dollardan uzaqlaşmağaçalışması ideyası artıq bitdi.
"Onlar gedib başqa əmici ölkə tapa bilərlər. BRİKS-in nəbeynəlxalq ticarətdə, nə də başqa yerdə ABŞ dollarını əvəz etməşansı yoxdur. Bunu etməyə cəhd edən istənilən ölkə 'Salam, tariflərvə əlvida, Amerika' deməlidir", – deyə ABŞ prezidentiyekunlaşdırıb.