Braziliya prezidenti Luiz İnasio Lula da Silva amerikalı həmkarı Donald Trampın Braziliya məhsullarına rüsumları artıracağı təqdirdə cavab tədbirləri görəcəyini bildirib...
Poliqon xəbər verir ki, Silva bu barədə NDTV telekanalına deyib. Eyni zamanda da Silva ticarət müharibəsi əvəzinə münasibətləri yaxşılaşdırmağa üstünlük verəcəyini də qeyd edib.
"Bu, çox sadədir: əgər Tramp Braziliya məhsullarına rüsum tətbiq etsə, Braziliya da ABŞ-dan ixrac olunan məhsullara rüsum tətbiq etməklə eyni cavab verəcək", deyə Braziliya prezidenti bildirib.
Silva ABŞ ilə münasibətləri yaxşılaşdırmaq və Braziliyanın Çindən sonra ikinci ən böyük ticarət tərəfdaşı ilə ticarət əlaqələrini gücləndirmək istədiyini söyləyib.
“Mən ABŞ-yə hörmət etmək istəyirəm və Trampın Braziliyaya hörmət etməsini istəyirəm”, deyə Lula da Silva əlavə edib.
Qeyd edək ki, Donald Tramp BRİCS ölkələrini, o cümlədən Braziliyanı dollara alternativ valyuta yaracaqları halda 100% tariflərlə hədələyib.
Poliqon.info