Niderlandın Veyk-an-Zee şəhərində keçirilən "Tata Steel Chess" turniri bir günlük istirahətdən sonra davam edir.
İdman.biz xəbər verir ki, Azərbaycan şahmatçısı Aydın Süleymanlı "Challengers" yarışının XI turda hindistanlı Vaişali Rameşbabu ilə qarşılaşacaq.
Süleymanlı dörd qələbə qazanaraq inamlı çıxış edir. O, 6,5 xal toplayıb və əlavə göstəricilərdə yerli şahmatçı Bencamin Boku qabaqlayır. İddiaçılar turnirinin iştirakçısı Vaişali isə 5 xalla doqquzuncudur.
Çexiya təmsilçisi Tay Nquyen 7,5 xalla liderdir.
İdman.biz