RU

"Tottenhem"in futbolçusu 68 illik rekordu vurdu

İngiltərənin "Tottenhem" klubunun futbolçusu Mikki Mur rekorda imza atıb.

Teleqraf.com xəbər verir ki, ingilis hücumçu buna Avropa Liqasının Liqa mərhələsinin VIII turunda İsveç "Elfsborq"una qalib gəldikləri matçda fərqlənməklə nail olub.

Mur Avropa turnirlərində qol vuran ən gənc ingilis futbolçu adına yiyələnib.

O? bunu 17 yaş 172 günündə bacarıb. Əvvəlki rekord 1957-ci ildə 17 yaş 245 günündə qol vuran Cimmi Qrivsə məxsus idi.

Qeyd edək ki, qarşılaşma "Tottenhem"in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Londonun təmsilçisi Avropa Liqasının Liqa mərhələsində 17 xal toplayaraq, 36 komandadan ibarət yekun turnir cədvəlində dördüncü yeri tutub.


Müəllif: Royal Həsənov
Избранный
5
50
teleqraf.com

10Источники