RU

1 gün əvvəl işə düzələn TƏBİB əməkdaşı qəzada ÖLDÜ

TƏBİB-in Strateji inkişaf departamentinin Korporativ əməkdaşlıq şöbəsinin mütəxəssisi Sevil Abdullazadə vəfat edib.

Demokrat.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Məlumata görə, S.Abdullazadə avtomobil qəzası nəticəsində dünyasını dəyişib.

TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova bildirib ki, Sevilin əmri martın 11-də verilmişdi. S. Abdullazadə yaşasaydı aprelin 1-də ad gününü qeyd edəcəkdi.

O, 2019-cu ildə ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayaraq, Dövlət İdarəçilik Akademiyasına qəbul olub.

Избранный
3
5
demokrat.az

10Источники