RU

Qeyri-iş günlərində Həcc ziyarətinə sənəd qəbulu davam edəcək?

Mart ayının 20, 21 günlərini çıxmaq şərti ilə Həcc ziyarətinə sənəd qəbulu digər günlərdə davam edəcək.

 

Sfera.az xəbər verir ki, bunu Trend-in sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri deyib.

 

O qeyd edib ki, həmişəki kimi, altıncı, bazar günləri də sənəd qəbulu olmayacaq.

 

"Hazırda Həcc ziyarətinə sənəd qəbulu davam edir. Bu il kvota sayı 1200-1300 arası müəyyənləşdirilib.

 

Hazırda kvota 75% dolub. Sənəd qəbulu aprelin əvvəlinə qədər davam edəcək", - o bildirib.

 

 

Избранный
19
7
sfera.az

8Источники