RU

“Qarabağ” azarkeşlərinə görə ziyana düşdü

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda Azərbaycan Premyer Liqasının XXVIII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Turan Tovuz” – “Qarabağ” oyununda “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün “Turan Tovuz” klubu 700 manat cərimə edilsin (maddə 37);

“Turan Tovuz” – “Qarabağ” oyununda “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ” klubu 1500 manat cərimə edilsin (maddə 52.2);

“Neftçi” – “Araz-Naxçıvan” oyununda “Neftçi” klubunda 6 nəfər sarı vərəqə aldığı üçün “Neftçi” klubu 700 manat cərimə edilsin (maddə 37);

“Neftçi” – “Araz-Naxçıvan” oyunu “Araz-Naxçıvan” klubunun futbolçusunun formasında qüsur olması səbəbindən gec başladığı üçün “Araz-Naxçıvan” komandası 800 manat cərimə edilsin (maddə 75.6);

“Kəpəz” – “Səbail” oyununda “Kəpəz” klubunun azarkeşləri tərəfindən sındırılmış 6 ədəd oturacağa görə stadiona dəymiş zərər “Kəpəz” klubu tərəfindən ödənilsin (maddə 54.2);

Избранный
151
2
futbolpress.az

6Источники