1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş müraciət əsasında həyata keçirdikləri tədbirlərlə vətəndaşın etibarından sui-istifadə edərək ona qarşı dələduzluq edən 44 yaşlı Vüqar İdrisov saxlanılıb.
Oxu.Az-ın məlumatına görə, o, azadlıqdan məhrum edilmiş şəxsi həbsdən azad etdirəcəyinə dair yalan vədlər verərək zərərçəkmişin 16 min manat pulunu ələ keçirib.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
V.İdrisovun qanunsuz əməllərindən zərər görən digər vətəndaşlar olarsa, polis orqanlarına məlumat verə bilərlər.