RU

"Bakıda və Sumqayıtda yaşayan ermənilərin Xankəndi və İrəvana köçürülməsi düzgün yanaşma deyil" - EKSPERT

"Bakıda və Sumqayıtda yaşayan ermənilərin Xankəndi və İrəvana köçürülməsi düzgün yanaşma deyil" - EKSPERT

"Bakıda və Sumqayıtda yaşayan ermənilərin Xankəndi və İrəvana köçürülməsi düzgün yanaşma deyil. Onlar ən azından Azərbaycanın müstəqillik və müharibə dönəmində Bakıda yaşayıblar. Bakıda yaşayan ermənilər qarşı tərəfə Azərbaycan əleyhinə hər hansı təhlükəli informasiya ötürməyiblər addım atmayıblar. Onlar burada yaşayıblar və daimi yerləri var. Ermənilərin ora köçürülməsi inandırıcı deyil. Həmin ermənilər əvvəldən burada yaşayıblar. Məsələn eləsi ola bilər ki, istər azərbaycanlı, istərsə də erməni olsun müharibə zamanı qaçıb gəlib yaşayıblarsa onları geri qaytara bilərlər. Xocalıda zamanında evlər tikilirdi. Həmin evlər tikilən zaman mesheti türkləri aparılmışdı və orada yerləşdiriləcəkdi. Onların belə yerləşdirilməsi mümkündür".

Bu sözləri Sonxeber.az-a açıqlamasında hərbi ekspert Səxavət Məmməd deyib. Onun sözlərinə görə, Xankəndidə yaşayacaq kifayət qədər azərbaycanlı var ki, onlar Xankəndidə yaşayıblar və doğulublar:

"Onların doğum yeri Xankəndi göstərilib. Sırf ermənidir deyə onu İrəvana və Xankəndiyə köçürmək düzgün deyil. Buna ehtiyac yoxdur. Orada deyək ki evlərin sayı çox olacaq amma əhalinin sayı az olacaq. Azərbaycan böyük ölkədir. Ölkənin yarısı demək olar ki, Bakı şəhərindədir. Əgər orada insanlar işlə təmin olunacaqsa buna özləridə razı olacaq. Bu məsələni müxtəlif cür təmin etmək mümkündür. Əsas məsələlərdən biri əhalini digər rayonlara köçürülməsidir. Düşünürəm ki, gələn ildən Qarabağda sürətli köçün olması Azərbaycan dövləti üçün vacibdir. Hazır evlərə köçmək istəyənləri nəzərdə saxlayıb onları yerləşdirmək olar".

Sevda Səfərova

Избранный
398
44
sonxeber.az

10Источники