RU

"Dinamo" - "Qarabağ" oyununun hakimləri müəyyənləşdi

"Dinamo" - "Qarabağ" oyununun hakimləri müəyyənləşdi

Xorvatiyada yerli "Dinamo" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununun təyinatları bəlli olub.Qarşılaşma İsveçdən olan hakimlər briqadasına tapşırılıb.FIFA referisi Qlenn Nyuberqə Mahbod Beiqi və Andreas Söderkvist kömək edəcək. Dördüncü hakim funksiyasını Adam Ladebak yerinə yetirəcək.VAR-da almaniyalı Bastian Dankert, AVAR-da onun həmyerlisi Yohan Pfeyfer əyləşəcək.Qeyd edək ki, avqustun 20-də "Maksimir" stadionunda reallaşacaq matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab oyunu avqustun 28-də gerçəkləşəcək.

Избранный
83
39
afn.az

10Источники