AZ

Avropa Parlamentinin deputatı: İsveçin veto hüququ ləğv edilərsə, Aİ-dən çıxacaq

İcma rəhbərliyi vetonu ləğv edərsə, İsveç hakimiyyəti ölkənin Avropa İttifaqından (Aİ) çıxması barədə qərar qəbul edə bilər.

Aznews.az xəbər verir ki, bunu Avropa Parlamentinin (AP) İsveçdən olan üzvü Çarli Veymers deyib.

Bu barədə"Aftonbladet" qəzeti məlumat yayıb.

Qəzet yazır ki, “Aİ-də bütün ölkələrin qərarlar üzərində razılaşmalı olduğu veto hüququ ləğv edilərsə, Veymers İsveçin Aİ-dən çıxmasını tələb edəcək”.

Parlamentari sözdə "Swexit"-in tərəfdarıdır. Bu termin Britaniyanın Brexitinə uyğundur və onun analoqu olaraq, İsveçin Avropa İttifaqından mümkün çıxışını təsvir etmək üçün istifadə olunur.

Seçilən
666
50
aznews.az

10Mənbələr