AZ

“Tottenhem” MY-ni Liqa Kubokunda yarımfinala buraxmadı

Bu gün futbol üzrə İngiltərə Liqa Kubokunda 2024/2025-ci illər mövsümünün 1/4 final mərhələsinə yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

“Tottenhem” doğma meydanda “Mançester Yunayted”i qəbul edib. Yeddi qolun vurulduğu oyun London təmsilçisinin çətin qələbəsiylə yekunlaşıb. Nəticədə “Tottenhem” yarımfinala vəsiqə qazanıb.

Xatırladaq ki, bir gün öncə “Arsenal”, “Nyuaksl” və “Liverpul” da yarımfinala vəsiqə qazanmışdılar.

Qeyd edək ki, İngiltərə Liqa Kubokunda 1/4 final mərhələsindən fərqli olaraq, yarımfinal görüşləri ev-səfər prinsipi ilə keçiriləcək. Birinci oyunlar yanvarın 6-da, cavab qarşılaşmaları isə fevralın 3-də təşkil olunacaq. Final matçının isə martın 16-da neytral meydanda keçirilməsi nəzərdə tutulub.

İngiltərə Liqa Kuboku
1/4 final
18 dekabr

Arsenal – Kristal Pelas 3:2
Qollar: Q.Jezus, 54; 73; 81 – Mateta, 4. Nketia, 85.

Nyukasl – Brentford 3:1
Qollar: Tonali, 9; 43. Şer, 69 – Vissa, 90+1.

Sauthempton – Liverpul 1:2
Qollar: Arçer, 59 – Nunes, 24. Elliot, 32.

19 dekabr

Tottenhem – Mançester Yunayted 4:3
Qollar: Solanke, 15; 54. Kuluşevski, 46. Son, 88 – Zirkze, 63. Diallo, 70. Evans, 90+4.

Seçilən
101
17
arena.az

10Mənbələr